Əməliyyat departamenti, Mütəxəssis (aparıcı və ya baş mütəxəssis)

  • Bank
  • Elanın qoyulma tarixi: 04.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Özünə və peşəkarlığına güvənən, hüquqi (VİP) şəxlərlə professional şəkildə işləməyi bacaran əməliyyatçıları Azərbaycanın qabaqcıl Bankında karyera qurmağa dəvət edirik.

Əməliyyat departamenti, Mütəxəssis (müvafiq olaraq aparıcı və ya baş mütəxəssis)

Vəzifə öhdəlikləri:

- Müştərilərə yüksək səviyyədə bank məhsulu və xidmətlərinin göstərilməsini təşkil etmək,
- Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunmasını təmin etmək,
- Hesabların açılması üçün müştərilər tərəfindən təqdim edilən sənədləri qəbul etmək, hesab açmaq və sənədləri şöbə rəisinə təqdim etmək,
- XÖHKS, AZİPS, SWIFT sistemləri ilə köçürmələri həyata keçirmək,
- Qabaqcadan ödənişlərin bağlanmasını təmin etmək,
- Akkreditiv və qarantiyalarla işləməyi bacarmaq,
- Yüksək-VİP kateqoriyalı müştərilərə aşağıdakı xidmətlər göstərmək:
- Konvertasiya əməliyyatının aparılması üçün müştərilərdən sifarişləri qəbul etmək, PROGRESS proqramında müvafiq müxabirləşməni vermək,
- Ödəniş tapşırıqlarını müştəridən qəbul etmək, PROGRESS proqramında müvafiq əməliyyatlar aparmaq,
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək.

Namizədə qarşı tələblər:

- Ali təhsilli olmalı;
- Bank sahəsində 1-3 il iş təcrübəsi olmalı;
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
- Korporativ xarici görünüşə malik olmalı;
- Əməliyyat sahəsində hüquqi şəxslərlə iş təcrübəsi olmalı;
- Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarığına sahib olmalı.

Qeyd edək ki, seçimdə yalnız xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına məktubun mövzü hissəsində “əməliyyat üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.