Mühəndis – mexanik (Sumqayıt)

  • Elanın qoyulma tarixi: 29.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis – mexanik (Sumqayıt)

Vəzifə öhdəlikləri:

-  İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması
-  Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi
- Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
- Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
- Müvafiq sənədləşmə işlərinin aparılması
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatların hazırlanıb təqdim edilməsi
- Müvafiq hesablamaların aparılması (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

Tələblər:

- İxtisası üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Yaş həddi: 28 – 50
- Azərbaycan dili və rus dili biliyi vacibdir, ingilis dili arzuolunandır
- MS Office proqramlarını bilməli
- Növbəli iş rejimində işləməyə hazır olmalı
- Diqqətli, məsuliyyətli olmalı, komandada işləməyi bacarmalı

İş qrafiki: 0900-1800, həftənin bazar ertəsi – cümə günləri
İstirahət günü: şənbə, bazar günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

tərəfindən digər vakansiyalar