Müxbir Əlaqələr və Klirinq şöbəsinə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 15.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC Biznes Proseslər və Əməliyyatların İdarə Edilməsi Departamentində Müxbir Əlaqələr və Klirinq şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Xarici  və yerli banklar ilə xarici valyutada  hesablaşmaların aparılması;
• Cash-in terminallar ilə aparılan əməliyyatlar üzrə hesablaşmaların aparılması;
• Xarici və yerli banklar ilə yazışmaların aparılması;
• Xarici valyutada SWIFT vasitəsilə müştəri hesablarına daxil olmuş vəsaitlərin yoxlanılması və hesabların köçürülməsi;
• SWIFT vasitəsilə filiallar tərəfindən xarici valyutada yığılmış ödənişlərin müvafiq rezident və qeyri-rezident müxbir banklara göndərilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Əməliyyat sahəsi üzrə minimum 2 il təcrübəyə sahib olmalı;
• Xarici  və yerli banklar ilə xarici valyutada  hesablaşmaların aparılması ilə bağlı biliklərə malik olmalı;                                                     
• Cash-in terminallar və APUS ilə aparılan əməliyyatlar üzrə hesablaşmaların aparılması ilə bağlı biliklərə sahib olmalı;                                 
• SWIFT sistemi ilə işləmək bacarığına malik olmalı;  
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, xarici  və yerli banklar ilə yazışmaların aparılması üçün ingilis və rus dillərində səlis yazmaq bacarığına sahib olmalı;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət məktubunuzun mövzu hissəsində Müxbir Əlaqələr və Klirinq şöbəsinə mütəxəssis göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.