Tibb bacısı (Sumqayıt)

  • Delta Group
  • Elanın qoyulma tarixi: 06.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Tibb bacısı

Təcrübə müddəti: 5 il

Təhsil: Orta-ixtisas

İxtisas Bilikləri və Bacarıqlar: 

Tibb bacısı işinin nəzəri əsasları üzrə və müalicə-diaqnostika prosesinin, xəstəliklərin profilaktikasının əsaslarını bilməlidir. Tibbi alət və avadanlıqların istismarı təcrübəsi tələb olunur.

Dil Bilikləri: Azərbaycan dili

Kompyuter Bilikləri: MS Excel, MS Word

VƏZİFƏ FUNKSİYALARI: 

Tibb məntəqəsinə müraciətləri qəbul etmək. Şirktədaxili prosedurlar çərçivəsində xəstələrə tibbi yardım göstərmək;
Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını təmin etmək;
Dərman vasitələrinin  saxlanılmasını, təyinatına uyğun istifadəsini və qeydiyyatını təmin emək;
Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, inyeksiyadan sonrakı fəsadların,  infeksiyaların qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək;
Şirkət daxilində gigiyena qaydalarına riayət edilməsinə nəzarət etmək;
Şirkət həkimi tərəfindən verilən göstərişləri yerinə yetirmək; "

Əmək haqqı: 450 AZN

İş qrafiki: Növbəli

Yaş həddi: 25-40

İş yeri: Sumqayıt şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Tibb bacısı" qeyd edilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi