Aparıcı Mühasib

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Aparıcı Mühasib

Departament / şöbə: Maliyyə departamenti / Mühasibatlıq şöbəsi

Əsas vəzifə və öhdəliklər

• Maliyyə-mühasibat uçotu qaydalarının bilmək;
• Əsas vəsaitlərin, malların, uçotu və nəzarət;
• Malların anbar qalıqlarının izlənməsi;
• Debitor və kreditorlarla hesablaşmalar;
• ƏDV bəyənnaməsinin, Statistika hesabatının, DSMF hesabatlarının tərtibatı;
• Pul vəsaitlərinin uçotu və hərəkətinə nəzarət;
• Malların satışının uçotu.

Namizədə dair tələblər

• Ali təhsil;
• Mühasibat sahəsində ən azı 5 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
• Excel, 1C  proqramında yüksək səviyyədə işləmək bacarığı.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Müraciət üçün son tarix: 30.06.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Aparıcı mühasib” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi