Kredit işçisi (Bakı; Sumqayıt və Bərdə filialları)

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 25.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit Evi” Təşkilatı yeni açılacaq filialları (Bakı; Sumqayıt və Bərdə filialları) üçün Kredit işçisi vakansiası elan edir.

İşə götürən: Kredit Evi Təşkilatı

Vəzifə: Kredit işçisi

Tələblər:

Yaş həddi: 21-30 yaş
Cins: fərq etməz
Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
İş təcrübəsi: Arzu olunandı (xüsusilə region filialları üçün)
Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə,  Rus dili biliyi arzu olunandı
Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
Bacarıqlar: Analitik düşünmə qabiliyyəti,  təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini  həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər cvlərini [email protected] ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nümunə: Bərdə - Kredit işçisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Əmək haqqı : 300 + bonus