Hesabatlıq və büdcə şöbəsinin Müdiri

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Hesabatlıq və büdcə şöbəsinin Müdiri vəzifəsinə təcrübəli işçi dəvət edir.

Hesabatlıq və büdcə şöbəsinin Müdiri:

- Mühasibatlıq siyasəti və prosedurlarını sənədləşmiş sistem şəklində aparır və onların əldə olunmasına nəzarət edir;
- Maliyyə axını istiqamətlərinin, onlarla bağlı borc vəsaitləri ehtiyaclarının və sərmayə üçün mövcud vəsaitlərin proqnozlaşdırmasında iştirak edir;
- Kapital sərmayə tələblərində cari ehtiyacların ödənilməsi üçün vəsaitlərin mövcudluğunun təmin edilməsində iştirak edir;
- Şirkətin valyuta mövqeləri ilə bağlı maliyyə risklərinin azaldılması üçün hecinq üsulundan istifadə edir;
- Bank münasibətlərinin idarə edilməsinə dəstək göstərir;
- Şirkətin büdcəsinin hazırlanmasını idarə edir;
- Müəyyən edilmiş büdcədən olan yayınmalar və bu cür yayınmaların səbəbləri barədə rəhbərliyə məlumat verir;
- Ümumi strateji istiqamətin formalaşmasında rəhbərliyə yardımını göstərir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Operativ fəaliyyətin potensial dərəcədə yaxşılaşdırılması sahələrini müəyyən etmək üçün bençmarkinq üzrə araşdırmalarda iştirak edir;
- Maliyyə nəticələri barədə rəyini bildirir və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Təklif olunan funksiyalar və rəqiblərin qiymət siyasəti ilə əlaqədar məhsulun qiymətinin müəyyənləşdirilməsinə yardım göstərir;
- Əsas biznes göstəricilərini tərtib edir;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Rəhbərliyinin sorğusu əsasında əlavə analitik materialları və hesabatları tərtib edir;
- Xarici auditorlarla işin aparılmasını təşkil edir.

Tələblər:

- Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili.
- Maliyyə sahəsində azı 3-5 il iş təcrübəsi.
- İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.

“Big 4” və ya digər tanınmış beynəlxalq audit şirkətlərində çalışmış namizədlərə üstünlük veriləcəkdir.

Yerli qanunvericilik və IFRS sahələrində praktiki biliyi və təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaq.

Maraqlananlar CV-lərini [email protected]” elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcə şöbəsinin müdiri yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi