Orta və iri kreditlərin təhlili üzrə Anderayter

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 18.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Kredit Təhlili Departamentində Orta və iri kreditlərin təhlili üzrə anderayter vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Orta və iri  kreditlər üzrə sifarişləri Bankdaxili qaydalara uyğun və mövcud qanunvericilik çərçivəsində təhlil edir;
• Maliyyə hesabatlarını tərtib edir (Mənfəət və Zərər hesabatı, Maliyyə pul axınları hesabatı, Balans hesabatı), təhlil edir və təhlil nəticələri üzərindən sərbəst şəkildə qərar verir və ya rəyi hazırlayaraq Müvafiq komitəyə məruzə edir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Ən azı 3 il biznes kreditlərinin (Orta və iri kreditlərin) təhlili sahəsində iş təcrübəsinə sahib olmaq;
• ACCA F3 və ya CİMA C02 üzrə beynəlxalq sertifikatların olması və ya bu materiallar/sertifikatlar üzrə biliklərin nümayiş etdirilməsi arzuolunandır;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Rus dili bilikləri (üstünlük verilir);
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Orta və iri kreditlərin təhlili üzrə Anderayter” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.