Ekvayrinq üzrə Baş Mütəxəssis

İşin təsviri

“ABB” ASC  Elektron Ödənişlər departamentinə Ekvayrinq üzrə Baş Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Ekvayrinq sahəsində işin əlaqələndirilməsi, inovativ təkliflərin verilməsi və dövri hesabların hazırlanması
 Kart xidmətləri sahəsində əməkdaşlığa dair şirkətlərlərə xidmətin göstərilməi
 POS-share müqaviləsi çərçivəsində digər bankların müştəriləri üqavilələrinin işlənilməsi
 Təsərrüfat Subyektlərinin(TS) kart mərkəzində qeydiyyati, POS-terminalların quraşdırılması üçün tapşırığın verilməsi
 TS-lərin tələb və sorğularının araşdırılması və bank maraqları çərçivəsində icrasına nəzarət
 Bankın terminal bazasının təhlili və aparılması

Namizədə tələblər:

 Ali Təhsil;
 Rus və ingilis dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
 Kartlar sahsində minimum 2 illik təcrübənin olması;.

Əlavə səriştə və fərdi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Yüksək təqdim etmə, təşkilatçılıq və satış qabiliyyəti;
 Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
 Məsuliyyətli və təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  25 may  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq üzrə baş Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az