Korporativ Xidmətlər üzrə Mütəxəssis

İşin təsviri

“Performance Center Co” MMC-nin Baş Ofisi üçün Korporativ Xidmətlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.  

İş haqqında məlumat:

• Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
• Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
• Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi
• Həftədə 6 iş günü, saat 09:00-18:00
• Əmək haqqı: 600-1000 AZN

Namizədə qarşı tələblər:

• Ali təhsil
• Yaş: 25-40
• Azərbaycan,rus və ingilis dillərində səlis danışıq
• Korporativ satış üzrə 2 il iş təcrübəsi
• Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq         
• Təqdimat bacarığının olması
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
• Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.