Xarici İqtisadi Əlaqələr üzrə Mütəxəssis

İşin təsviri

“Performance Center Co” MMC-nin Baş Ofisi üçün Xarici İqtisadi Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.  

İş haqqında

- Xarici iqtisadi əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq
- Şirkəti yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil etmək
- Təchizatla bağlı xarici şirkətlərlə danışıqlar aparmaq
- Logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin təşkili
- İşlə bağlı yazılı və şifahi tərcümələr etmək
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
- Həftədə 6 iş günü, istirahət günü - bazar günü
- Əmək haqqı: 800-1400 AZN

Tələblər

- Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə)
- Cins: Kişi
- Xarici iqtisadi əlaqələr sahəsində ən azı 2 il iş təcrübəsi
- Avtomobilin texniki xüsusiyyətləri və ehtiyat hissələri haqqında dolğun informasiyaya sahib olmaq
- Dil bilikləri: Azərbaycan dili , rus və ingilis dillərini yüksək səviyyədə bilməli
- Planlaşdırma, analiz və idarəetmə bacarığı
- Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar etmək bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.