Vakansiyanın adı: Baytar-həkim (Kürdəmir rayonu)
İş haqqında məlumat
• İri buynuzlu və kiçik baş heyvanların (həmçinin ev quşları) epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
• Xəstə heyvanların müalicə edilməsi;
• Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
Namizədə olan tələblər
• Baytarlıq sahəsi üzrə ali təhsil;
• Bu sahədə minimum 1 il iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 10.06.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baytar”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.