Treyd Marketinq Menecer

  • Avrora
  • Elanın qoyulma tarixi: 27.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Treyd Marketinq Menecer

Vəzifə öhdəlikləri:

• Məhsulun irəllədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
• Bazarın monitorinq və təhlili, rəqbət mühitinin öyrənilməsi;
• Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
• Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
• Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
• Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
• Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
• Satış komandasına iş prosesinin öyrədilməsi;
• Treyd Marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
• POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
• Analitik hesabatların tərtib olunması və müdiriyyətə təqdim edilməsi.

Namizədə olan tələblər:

• Ali təhsil;
• MS Office proqramları biliyi;
• 3 il marketinq sektorunda iş təcrübəsi. Treyd Marketinq Menecer vəzifəsində iş təcrübəsinin olması zəruridir;
• Rus dili bilməsi üstünlükdür;
• İnformasiya ilə işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Treyd Marketinq Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi