Logistika Operatoru

İşin təsviri

VƏZİFƏ:  LOGİSTİKA OPERATORU

Mr.fix haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

-  Məhsul sifarişinin alınması və proqrama işlənilməsi;
-  Sifarişlərin göndərilməsi;
-  Maşınların zamanında yüklənilməsinə nəzarət edilməsi;
-  Logistika müdirinin göstərişlərinin yerinə yetirilməsi;
-  Logistikaya aid sənədlərin yığılması;
-  Maşınların yol vərəqələrinə, reklam səndlərinə, yük daşıma səndələrinə nəzarət etmək;
-  Sürücülərin iş fəaliyyətlərinə və naviqasiya proqramından maşınların hərəkətlərinə nəzarət etmək;

NAMİZƏDƏ TƏLƏBLƏR:

-  Ali təhsil; 
-  Tabeçiliyində olan işçiləri idarəetmə bacarığı olan;
-  Ofis proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook) xüsusilə Excell proqramını bilmə;
-  Mikro proqramını bilməsi üstünlükdür;
-  Logistika sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
-  İnkişafa meyillilik.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Logistika operatoru” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
Mövzu yerinə “Logistika operatoru” yazılmayan CV-lərə baxılmayacaq.