Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 450 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Mühasib
İş barədə məlumat
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- Təhtəl şəxslərin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Mal-material uçotu
- Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin hesablanması
- İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
Namizədə tələblər
- Mühasibat uçotunun metodikası və texnikası
- Mühasibat hesablaşmaları
- Əmək və vergi qanunvericiliyinin əsasları
- İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il
- Dil bilikləri: Azərbaycan, Rus
- Məsuliyyətli, stressədavamlı
Əmək haqqı 700-900
İş qrafiki: 5 günlük iş həftəsi 09:00-18:00
Nahar şirkət tərəfindən verilir
Maraqlananlar saytda onlayn-anketi dolduraraq müraciət edə bilərlər https://www.metak.az/resume.php?vid=77