SƏTƏM üzrə Mütəxəssis (Gəncə)

İşin təsviri

Şirkət haqqında:

Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına (QSC) stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

İş yeri: Gəncə şəhəri

Əsas vəzifə və öhdəliklər:

• İlkin təlimatlandırmanı, eyni zamanda mövcud işçilər ilə təkrar, plandan kənar və cari təlimatlandırmaları təşkil etmək;
• İstehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətini, səbəblərini araşdırıb, onların qarşısının alınması üçün tədbirlər planınların hazırlanması;
• Sağlamlığın qorunması və əməyin mühafizəsi üzrə təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi;
• İş proseslərin dövlət standartlarına, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsi;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydalarına uyğunluğunlaşdırılması;
• Baş vermiş bədbəxt hadisələrin təhqiqatın aparılması;
• İnsidentlərin araşdırılması;
• Sağlamlığın qorunması və əməyin mühafizəsi sahəsi üzrə siyasətin hazırlanması və tədbiq edilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsiplərini (İSO 9001/ İSO 14001/OHSAS 18001);
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki sahə üzrə ali təhsil;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " SƏTƏM üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.