Əməyin mühafizəsi üzrə Mütəxəssis

  • MİDA MMC
  • Elanın qoyulma tarixi: 20.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti

Vəzifə: Əməyin mühafizəsi üzrə Mütəxəssis

Ümumi tələblər:

Təhsili: ali;
İş təcrübəsi: əməyin mühafizəsi sahəsində azı 3 il iş stajı;
Peşə bilikləri: tikinti-inşaat texnologiyasının əsasları üzrə geniş biliklərə malik olmalı;
IT-dən istifadə bacarıqları: MS Word, MS Excel, MS Outlook və İnternet, ofis avadanlıqları ilə işləmək bacarığı (istifadəçi səviyyəsində);
Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – yüksək səviyyədə;
Digər: sahə üzrə sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə üzrə funksiyalar:

•         İş vaxtı yarana bilən təhlükəli halların qarşısının alınması məqsədi ilə müvafiq mühəndislik prinsiplərini və texnologiyalarını tətbiq edərək əməyin təhlükəsizliyi tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi və koordinasiya edilməsi;
•         Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və inşaat-tikinti sanitariyası üzrə işin təşkil edilməsi;
•         Müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunmasına nəzarət edilməsi;
•         İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə təhlil edilməsi və təkliflərin verilməsi;
•         İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunvericiliyə uyğunluğunun təmin edilməsi məqsədi ilə onların təftiş edilməsi;
•         Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət.

QEYD: Yuxarıda göstərilən tələblərə uyğun gələn namizədlər [email protected] elektron poçt ünvanına mövzuda “Əməyin mühafizəsi üzrə mütəxəssis” qeyd etməklə CV göndərə bilərlər.

MİDA MMC tərəfindən digər vakansiyalar