Auditor

İşin təsviri

Auditor

Vəzifə öhdəlikləri:

• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;
• auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
• auditin aparılması zamanı aşkar edilmiş bütün əhəmiyyətli pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
• audit zamanı əldə edilən məlumatı (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) məxfi saxlamaq;
• auditin gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə qorunub saxlanmasını təmin etmək;
• audit subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun hesabatında olan irad və nəticələr üçün əsas olan normativ hüquqi aktlar barəsində ətraflı məlumatlar vermək;
• aparılan auditin nəticəsinə dair auditor hesabatını sifarişçiyə təqdim etmək;
• mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
• təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;
• təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
• qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri icra etmək;

Tələblər:

• Cinsi – kişi
• Ali təhsil (maliyyə və ya mühasibat istiqamətləri üzrə);
• Azərbaycan Respublikasının qanunlarını (Vergi qanunvericiliyi, Mühasibatlığa dair    qanunvericiliyi) bilməlidir;
• Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarını bilməlidir
• Mühasibat Uçotunun Beynəlxalq Standartları bilməlidir;
• Dil bilikləri zəruridir. (Azərbaycan, İngilis) ;
• Proqramlar (Word, Excel, 1C 7, 1C 8);
• İş təcrübəsi – 3 ildən artıq;
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşmaq;
• Fəal olmaq;
• Əmək haqqı 2000 AZN NET-dən başlayaraq;
• Xaricdə təhsil almış şəxslərə üstünlük verilir.

E-mail: [email protected]

Financial Chain Corporation LLC tərəfindən digər vakansiyalar