Plastik Kartlar Departamentinə Direktor

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 06.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  Plastik Kartlar Departamentinə direktor vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Satış nöqtələrinin (ATM, POS) izlənilməsi, gəlirliyin ölçülməsi və səmərəliliyin artırılması, ATM və POS-terminal şəbəkəsinin genişləndirilməsi üçün davamlı təhlillərin aparılması və təkliflərin hazırlanaraq İdarə Heyətilə müzakirə olunması;
• Plastik kart infrasturkturunun inkişafı üzrə təkliflərin verilməsi;
• Plastik kartların emissiyasının təkmilləşdirilməsi;
• Bankomat, POS Terminal və digər avadanlıqların fasiləsiz iş rejiminə nəzarət edilməsi;
• VISA və Mastercard Beynəlxalq ödəmə sistemlərinin bank kartlarına tətbiqinin təmin edilməsi;
• Yeni bank məhsullarının yaradılması və tətbiq edilməsi;
• Prossessinq mərkəzindəki yeniliklərin bank sisteminə inteqrasiyasının təşkili və nəzarətinin həyata keçirilməsi;
• Plastik kartlar biznesinin planlaşdırılması, inkişafı və hesabların aparılması;
• Plastik kartlar biznesi üzrə filialların gücləndirilməsi;
• Rəqib və xarici maliyyə qurumlarının və bazar konyukturunun təhlili əsasında yeni məhsul və layihələrlə bağlı təkliflərin hazırlaması və İdarə Heyəti ilə müzakirə olunması;
• Hazırlanmış təklif və layihələrlə bağlı məhsul və ya xidmətin inkişaf  strategiyasının işlənməsi və reallaşdılması planının hazırlanması və İdarə Heyəti ilə müzakirə olunması;
• Plastik kartlar sahəsi üzrə mövcud məhsul və xidmətlərin satış səviyyəsinin müntəzəm hesabatlarının təhlil edilməsi;
• Aparılmış araşdırmalar əsasında mövcud məhsul və layihələrə dəyişikliklərin hazırlanması İdarə Heyəti ilə müzakirə olunması;
• Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlar üzrə hesabatların  tərtib olunmasına nəzarət edilməsi;
• Mövcud və potensial müştəri kütləsinin seqmentləşdirilməsinin həyata keçirilməsi, məqsədli seqmentlərin seçilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
• Ən azı 5 il bank sferasında plastik kartlarda idarəetmə sahəsində iş təcrübəsinə malik olmalı;
• Bank işini tənzimləyən qanunvericiliyin tələbləri ilə yaxından tanış olmalı;
• Azərbaycan,rus, ingilis dillərində sərbəst danışıq bacarığına sahib olmalı;
• Stres altında işləmə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Plastik Kartlar Departamentinə direktor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.