Qrafik Dizayner

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 05.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: Synergy Group MMC

Vəzifə: Qrafik Dizayner

Yerləşdiyi yer : Bakı şəhəri

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

Əsas məlumat

• Yaş həddi: 20-35
• Təhsil: Ali
• Təcrübə: 3 il

İş haqqında

- Müxtəlif məhsulların dizayn-maketlərinin hazırlanması (buklet, kataloq, flayer və s.)
- Brandbook, Logo və digər məhsullarının dizaynı
- Mətnlərə, şəkillərə, sxemlərə, qrafiklərə və diaqramlara aid illüstrasiyalarının yaradılması
- İş qrafiki: 1-5 günlər, 09:00-18:00, Bazar günü istirahət

Tələblər

- Reklam, Rəssamlıq, 3D dizayn və s. kimi sahələr üzrə biliklər arzuolunandır
- Sürətli araşdırma bacarığı
-  brending və qablaşdırma üzrə biliklər
- Peşəkar təqdimatların hazırlanması bacarıqları
- Corel Draw, Adobe Photoshop, Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı
- Komanda şəklində işləmə bacarığı
- Kreativ, ünsiyyətcil, məsuliyyətli və dəqiq olmalı
- Sosial şəbəkələrdə şirkətin aktiv təbliğatını aparmaq bacarığı

CV ilə birlikdə portfolionun göndərilməsi mütləqdir.

Əmək haqqı  750-1000

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Qrafik Dizayner” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi