Hüquq Məsləhətçisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 02.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Hüquq Məsləhətçisi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək
• Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması
• Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması
• Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
• Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
• Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
• Şirkətin Baş Hüquq Müşaviri tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

• Hüquq sahəsində ali təhsil
• Səlis Azərbaycan və ingilis dili bilikləri
• MS office proqramları
• Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15/04/2017

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

İşəgötürənin reytinqi