Şirkət: International Logistics Company
Vəzifə: Mühasib
İş yeri: Baku, Marine Plaza
İş təcrübəsi: Mühasib kimi minimum 3 illik iş təcrübəsi
Maaş: Namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin ediləcək
İş qrafiki: 5 günlük iş həftəsi: 09:00-18:00
Vəzifə öhdəlikləri:
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Kreditorlar və debitorlar ilə üzləşmələrin aparılması;
• Vergi, Statistika hesabatı və DSMF hesabatlarının hazırlanması;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Vəzifəyə tələblər:
• Mühasibat uçotu, maliyyə, audit və ya riyaziyyat üzrə universitet təhsili;
• Azərbaycan və rus-dillərini mükəmməl bilmə, ingilis-dili üstünlük hesab ediləcək;
• Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları;
• 1C proqramının 8.2, 8.3 və ya 7.7 versiyasında işləmə bacarığı;
• Vergi məcəlləsini bilmək;
• Komandada işləmək bacarığı, məsuliyyətli və stressə davamlı;
Xahiş olunur CV-lərinizi 30 Aprel 2017-cı il tarixinədək e-poçtun “subject” hissəsində “Mühasib” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.