Korporativ Satış və Xidmət üzrə Menecer

İşin təsviri

Performance Center Co MMC

Vakansiya: Korporativ Satış və Xidmət üzrə Menecer

İş haqqında məlumat:

• Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
• Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
• Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi
• Həftədə 6 iş günü, saat 09:00-18:00
• Əmək haqqı: 700-1200 AZN

Namizədə qarşı tələblər:

• Ali təhsil
• Yaş: 25-35
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
• Korporativ satış üzrə 2 il iş təcrübəsi
• Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq         
• Təqdimat bacarığının olması
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
• Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ Satış və Xidmət üzrə Menecer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.