Satış Meneceri – Mühəndis

  • MİNT Sənaye MMC
  • Elanın qoyulma tarixi: 26.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MİNT Sənaye və Servis MMC

Satış Meneceri – Mühəndis

İş barədə məlumat

 Satışın düzgün şəkildə həyata keçirilməsi, satılmış mal və məhsulların dəyərinə uyğun təklif vaxtında  hazırlanması,
 Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
 Layihənin işçi cizgilərini hazırlamaq, obyektdə ölçmə işlərini aparmaq və onları daha sonra elektron formata keçirmək
 Cizgi və digər sənədlər üzərində tələb edilən şərti işarələri və yazıları qeyd etmək, iş zamanı qəbul edilən layihə həllərini ümumi layihə ilə uzlaşdırmaq
 Qarşıya qoyulan hədəfləri yerinə yetirmək
 Telefon nömrəsi və balans şirkət tərəfindən təmin olunur
 Əmək haqqı 600-700 AZN və satışdan bonus
 İş qrafiki: 09:00 - 18:00 (Mühəndis kimi - həftənin 2 günü ofisdə, Satıcı kimi – həftənin 4 günü sahədə (tikinti sahələrini gəzmək, müstərilərə avandanlıq barədə məlumat vermək və s.)
 İstirahət günü - Bazar günü;

Namizədə tələblər

 Ali təhsil
 MS Office proqramlarını (Word, Excel, AutoCAD və digər ofis programlarını) əla bilmək, İnternet və email ilə işləmə qabiliyyəti,
 İş təcrübəsi 1-3 ildən az olmamaq şərtilə (Tikinti şirkətlərində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək )
 Dil bilikləri : Azərbaycan (əla), ingilis (yaxsi), türk (yaxşı),  rus (yaxşı)
 Xarici şirkətlərlə işləməyi bacarmaq, eyni zamanda satınalma-təchizat bacarığının olması
 Cizgi və digər konstruktor sənədləşməsinin tərtibatına dair müvafiq standartları, texniki şərtləri və təlimatları bilmək
 Müştərilərə malı təqdim etmək və satışın reallaşdırılması bacarığı
 Məsuliyyət, dinamiklik
 Şəxsi geyim və xarici görünüşünün şirkətin imicinə xələl gətirəcək şəkildə olmaması və geyim  kodeksinə uyğun olması
 Şəxsi avtomobilinin olması
 Kişi namizəd
 Sürücülük vəsiqəsinin olması
 Yaş həddi : 25-35

CV-lərinizi aşağıdakı elektron ünvanına göndərməniz xahiş olunur: [email protected]

Əlaqə nömrəsi: 012 464 86 58

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

MİNT Sənaye MMC tərəfindən digər vakansiyalar