Satış üzrə Mütəxəssis

İşin təsviri

Şirkət haqqında:

Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına (QSC) stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri Strategiya və Biznesin inkişafı şöbəsinin Satış üzrə mütəxəssis vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

Əsas vəzifə və öhdəliklər:

• Satış və logistika işləri üçün lazım olan proseslərin düzgün şəkildə həyata keçirilməsi;
• Məhsulların ixraca göndərilməsi ilə əlaqədar sənədlərin hazırlanması;
• Satış və logistika işləri üçün lazım olan proseslərin düzgün şəkildə həyata keçirilməsi;
• Hazır məhsulun satışı üçün lazım olan sənədlərin hazırlanması;
• Satış planının hazırlanması;
• Satış planının icrası;
• Bazar araşdırmaları;
• Yeni məhsulun təhlili;
• Beynəlxalq logistika üçün lazım olan tədbirlərin görülməsi;
• Satış və logistika tələblərinin vaxtında və keyfiyyətlə icrası;
• Logistika şirkətləri və alıcılarla effektiv əlaqələrin qurulması;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və yükün daşınmasını təşkil etmək;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarda işləmək bacarığı;
• Dil bilikləri:  Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq;
• Logistikaya dair prosedur və proseslər haqqında hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Satış üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.