Sistem Administratoru

İşin təsviri

Şirkət haqqında:

Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına (QSC) stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri İnformasiya kommunikasiya texnologiyaları təminatı  şöbəsinin Sistem administratoru vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

Əsas vəzifə və öhdəliklər:

• İT sistem infrastrukturunun planlaşdırılması və inkişafını təmin etmək
• Server avadanlıqlarının idarə olunması və texniki dəstək göstərilməsi
• Sistem problemlərinin diaqnostikası və həlli
• İnformasiya təhlükəsizliyinin təmin olunması
• Ehtiyyat nüsxələrin çıxarılması və idarə olunması
• Korporativ mail sisteminə texniki dəstək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Virtuallaşma texnologiyaları ilə işləmə bacarığı (əsasən ESXİ)
• Proxy server, file server ilə iş təcrübəsi
• Microsoft texnologiyaları ilə iş təcrübəsi (Windows 7,8,10;  Windows Server; Active Directory; Group Policy; DNS)
• Antivirus sistemləri ilə işləmə bacarığı
• Firewall sistemləri ilə iş təcrübəsi
• Linux əməliyyat sistemi üzrə təməl biliklər arzuolunandır
• Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı arzuolunandır
• Yüksək məntiqi və analitik düşünmə bacarığı
• Komandada işləmək bacarığı
• İşində məsuliyyətli olmaq

Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki ixtisaslar üzrə ali təhsil;
• Sistem administratoru olaraq minimum 3 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Sistem Administratoru" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.