Sistem Administratoru

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 09.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  İnformasiya Texnologiyaları Departamentinə Sistem Administratoru vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Şəbəkə xidmətinin daimi işləməsinin təmin edir, mərkəzləşmə üsulu ilə işlənilən və şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informəsiya kommunikasiyaları sistemlərini saxlayır;
• Serverləri istifadə edərək maliyyə baxımından inteqrallaşdırılmış kompyüter sistemlərini istifadə zamanı saxlayır, gücləndirir və inkişafını təmin edir;
• Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyini və daimi işləməsini təmin edir;
• İnternet kanalı və elektron poçtun daimi işləməsini təmin edir;
• Veb səhifənin dəstəklənməsini təmin edir;
• Bankın bütün struktur bölmələrini idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edir;
• Məlumatların təhlükəsizliyi və saxlanmasını təmin edir;
• Bankda məlumatın elektron arxivləşmə işini təşkil edir;
• Server infrastrukturunun administrasiyasını təmin edir;
• Server avadanlıqlarının administrasiyası və texniki dəstəyini göstərir;
• Virtualaşma sistemlərinin administrasiyası və texniki dəstəyini təmin edir;
• Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyini həyata keçirir;
• Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılmasını təmin edir;
• Sistem problemlərinin həlli və diaqnostikasını həyata keçirir;
• Avadanlığının quraşdırılması və sazlanmasını təmin edir;
• Dəyişikliklərin sənədləşdirilməsini həyata keçirir.

Namizədə qarşı tələblər:

• İT sahəsində müvafiq ali təhsil;
• LAN, WLAN şəbəkələrlə işləmə bacarığı olmalı;
• İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı olmalı;
• MS Active Directory, DNS, DHC, İSA, TMG, MDaemon Mail serverlərini mükəmməl bilməli;
• PL/SQL proqramlaşdırma dilinin əsaslarını bilməli;
• ORACLE məlumat bazasının əsaslarını bilməsi arzuolunandır;
• HP server avadanlıqları üzrə iş təcrübəsi: sinif Proliant DL (G6/G7/G8)
• Storage texnologiyaları üzrə iş təcrübəsi: Orta sinif disk sistemləri (İBM Storwize, DS5020)
• Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, İBM Tivoli, Veeam Backup&Replication və s.
• Virtualaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Heartbeat, Site Recovery
• Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012, Active Directory, Exchange server 2010/2013, GP, WSUS, PowerShell, Certificate Authority proqramları üzrə bilirlərə sahib olmalı;
• Web serverlər (Apache, IIS (Web sites, FTP/FTPS servers)) ilə iş təcrübəsi olmalı:
• Firewall sistemləri ilə iş təcrübəsinə sahib olmalı;
• Antivirus sistemləri ilə iş təcrübəsinə malik olmalı;
• Microsoft Certified Solution Associate (MCSA), Microsoft Technology Associate (MTA) sertifikatlarına sahib olması üstünlükdür;
• Azərbaycan və ingilis dillərini bilməli (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Təhlil etmə bacarığına malik olmalı;
• Komandada işləmək bacarığına malik olmalı;
• Ünsiyyətçil olmalı;
• Minimum 3 il sistem administratoru vəzifəsində iş təcrubəsinə sahib olmalı;
• İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 mart  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem Administratoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.