"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vəzifə: Kredit Mütəxəssisi
Departament / şöbə: Kredit Departamenti
Əsas vəzifə və öhdəliklər
• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
• Lazım gəldikdə potensial müştərilərin cəlb edilməsi, reklam materiallarının paylanılması.
Təhsil
• İqtisad yönümlü ali təhsil.
Təcrübə
• Müvafiq sahədə 1 il iş təcrübəsi olması üstünlükdür.
Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dilini əla bilməli;
• MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə istifadə edə bilməlidir.
• 1C proqramı 8.2 və ya 8.3. Proqramda mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı.
İdarəetmə səriştələri:
• Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 01/04/2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Kredit Mütəxəssisi” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.