Elektronçu

İşin təsviri

Şöbə:  Texniki

Vəzifə:  Elektronçu

1. Ümumi müddəalar

1.1Elektronçu vəzifəsinə ali təhsilə malik olan ən azı üç il iş stajı olan şəxs təyin oluna bilər.
1.2. Öz işində elektronçu əmrləri, təlimatları və baş mühəndisin sərəncamlarını rəhbər tutur.
1.3. Elektronçu bilməlidir:

avadanlığın iş rejimlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və onun texniki istismarının qaydalarını;

informasiyanın avtomatik emalı texnologiyasını;

texniki məlumat daşıyıcılarının növləri;

standart proqramlar və komandalar;

riyazi təminatın və proqramlaşdırmanın əsasları;

təmir xidmətinin təşkilini;

elektron qurğuların təhlükəsiz xidmətinin qaydaları;

normativ hüquq aktları, elektron qurğuların və elektron avadanlığının təmiri üzrə metodik materialları və sənədlərı;

yanğına qarşı müdafiənin vasitələrin istifadəsinin qaydaları;

əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları və normaları;

təcili tibbi yardımın göstərilməsi metodları;

2. Elektronçu vəzifələri

2.1. Baş mühəndisin xidməti tapşırıqlarını yerinə yetirməlidir.
2.2.Elektron avadanlıqlarının istismarının yaxşılaşdırılmasına dair təklifləri irəli sürmək.Elektron avadanlıqlarının səmərəli və effektiv işlətməsinə nəzarət etmək.
2.3.Bəzi elektron qurğularının texniki baxışını yerinə yetirmək,avadanlıqlarda quraşdırılan elektron elementlərinin parametrlərinə nəzarət etməlidir,əgər nasazlıq aşkar olunubsa dərhal departament rəhbərinə xəbər verməlidir,və onu aradan qaldırmağa çalışmalıdır.
2.4.Bəzi elektron avadanlıqlarının profilaktiki və orta təmirini yerinə yetirməyə bacarmalıdır.
2.5.Təmir işlərini vaxtında və keyfiyyətli yerinə yetirmək .
2.6.Sıradan çıxmış elektron avadanlıqlarının əsaslı təmirindən sonra onu qəbul etməli,yoxlamalı və rəyini bildirməlidir.
2.7.Sıradan çıxmış elektron avadanlıqlarının təmirini təmin etmək üçün tələb olunan ehtiyyat hissələrinə dair sifarişlər tərtib etməlidir.
2.8.Otelin otaqlarında yerləşən qonaqlara tələb olunduqda DVD-nin və ya oyun kompüterinin qoşulmasında kömək etməlidir
2.9. Əmək intizamının və qaydalarının, yanğın təhlükəsizliyinin, texniki təhlükəsizlik qaydalarına və əməyin qorunmasının normalarına riayət edmək.
2.10.Estetik normalara və tələblərə uyğun davranmaq.
2.11. Otelin müştəriləri ilə xoş rəftar etməlidir.
2.12. Zərurət  yarandıqda konfranslar və digər tədbirlər zaman növbətçi mühəndisə kömək etmək.

E-mail: [email protected]

Excelsior Hotel Baku tərəfindən digər vakansiyalar