Mühasib

  • ACON
  • Elanın qoyulma tarixi: 17.09.2025

İşin təsviri

Namizədlər üçün tələblər:

  • Maliyyə və mühasibatlıq sahəsində ali təhsilə malik olmaq;
  • Minimum 1 illik peşəkar iş təcrübəsi;
  • 1C proqramında işləmək;
  • Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • Vergi qanunvericiliyində biliklər. 
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi. 

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və maliyyə uçotunun aparılması;
  • Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
  • Baş mühasibin nəzarəti ilə aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik;
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə zamanı razılaşma ilə müəyyən ediləcək. 
  • İş vaxtı: həftənin 5 günü, saat 10:00 – 18:00
  • İş yeri: Azure Business Mərkəzi

Uyğun namizədlər, CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərsiniz.