Kadrlar üzrə Mütəxəssis

  • Metak
  • Elanın qoyulma tarixi: 31.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 450 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Kadrlar üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi işlərinin formalaşdırılması və ilkin sənədləşdirmə işlərinin aparılması.
• Müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsini təmin etmək;
• Müəssisədə iş vaxtından istifadənin uçotunun (tabel) aparılması və iş yerlərində uçotun (İş saatlarının) dəqiqliyinin yoxlanılması (Davamiyyət proqramı və iş yerlərinə baxış keçirməklə);
• Əmək kitabçalarının doldurulması və saxlanılması, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
• Əməkhaqqı hesablanması;
• Məzuniyyət qrafikinin tərtibi, Məzuniyyət əmrlərinin hazırlanması və qeydiyyatının aparılmasş;
• Məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanıb təqdim edilməsi;
• Struktur bölmə rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

• Minimum 1 il Kadrlar sahəsində iş təcrübəsi. Ümumi iş təcrübəsi 3 il.
• Təhsili: Ali (iqtisadi, idarəetmə və s)
• Əmək qanunvericiliyinin əsaslarını, Kadrlara aid olan normativ və hüquqi sənədləri bilməlidir;
• Əməyin mühafizəsi normalarını, Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir;
• MS Office (Word, Excell, Power Point, Outlook, Visio) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
• ERP proqramından istifadə (Hər-hansı bir ERP proqramında işləmiş) bacarığı olmalıdır;
• Məsuliyyətli və diqqətli olmaq, ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
• Azərbaycan və Rus dili (əla), İngilis dili (arzu olunandır);
• Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması ilkin mərhələdə arzuolunandır.
• Ölkədaxili ezamiyətə getmək imkanı olmalıdır.

İş vaxtı: 09:00-18:00 1-5 günlər; şənbə 09:00-14:00
Nahar şirkət tərəfindən verilir.
Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Əmək haqqı: 600 AZN Net

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 24.02.2017–ci il tarixinə kimi müraciət edə bilərlər
http://www.metak.az/az/jobs