Baş Mühasib- Maliyyə Direktoru

  • Karvan L
  • Elanın qoyulma tarixi: 18.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Mühasib- Maliyyə Direktoru

Əsas vəzifə və öhdəliklər

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
• Kapital və  investisiya  qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
•  Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
• Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etməlidir.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
• Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması..

Namizədə tələblər

• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• 30-45 yaş həddi ,
• Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Komputer bilikləri - MS office, 1C, ERP
• ACCA , CIMA  CFA üzrə sertifikatlar üstünlük verilir
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları,  daxili əmək intizamı qaydaları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

CV-nizi  [email protected]  ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.