Baş Mühasib

İşin təsviri

Baş Mühasib

Şirkət haqqında

• RR Group of Companies 2006-cı ildə təsis edilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində RR Group of Companies Azərbaycanın iri özəl şirkətlərindən birinə çevrilmiş, ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə çevik reaksiya göstərərək biznes fəaliyyətini uğurla davam etdirmişdir.
• RR Group of Companies biznesin müxtəlif sahələri - tikinti, ticarət və logistika sahələri üzrə uğurlu investisiya layihələrini reallaşdırır.  Faəliyyətinin əsas məqsədi biznesin effektiv idarə olunması, korporativ idarəetmə standartlarına uyğun ölkə daxilində  və onun hüdudlarından kənarda keyfiyyət brendinə - rəqabətə davamlı şirkətə çevrilməkdir.
• Davamlı rəqabət üstünlüklərimiz: daim dəyişən bazar şəraitinə uyğun olaraq araşdırma, innovasiya, müasir bacarıqlar  və yeni məhsul dizaynları vasitəsilə rəqabət üstünlükləri yaratmaqla dinamik inkişaf etmək əzmindəyik.

Vakansiya haqqında:

• Mühasibat şöbəsinin fəaliyyətinə nəzarət edir;
• Mühasibatlıq uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək; • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;

İş haqqında:

• 6 günlük iş həftəsi (6-cı gün qısa olmaqla)
• Əmək haqqı 2.000 AZN

• Ünvan: Əliəşrəf Əlizadə 146 (Təhsil Nazirliyinin yaxınlığl).
• Əlaqə: 050 2547271

Namizədə tələblər

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• İnşaat sektorunda Baş Mühasib olaraq ən az 5 il iş təcrübəsi;
• Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq;
• A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
• Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.)
• Azərbaycan dili, Rus dili əla. (İngilis dili bilmək arzuolunandır.);
• MS Office, 1C 8.2, 8.3, ERP, LOGO (yaxşı);
• Təşəbbüskar,  analitik və obyektiv olmaq;
• Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;

Qeyd:

Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV-ləri [email protected] ünvanına göndərin.

Son müraciət tarixi 01.03.2017