Vergi uçotu üzrə Mühasib

İşin təsviri

Vergi uçotu üzrə Mühasib  

Araz Marketlər Şəbəkəsi Vergi üçotu üzrə Mühasib vəzifəsinə işçi qəbulu elan edir.

Namizəddə Tələblər:

  Vergi Məcəlləsini bilməli
  2 il Vergi uçotu üzrə Mühasib təcrübəsi
  25-40 yaş aralığı

Vəzifə Öhdəlikləri:
 
 Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maliyyət mühasibəsinin, anbar mühasibəsinin və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasını, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasını təmin etmək və nəzarətdə saxlamaq.
 Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq.
 Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək.
 Mühasibatlıq heyətinin bunun üçün hazırlıqlı olmasını təmin etmək.
 Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək, onlara uyğun Şirkətin mühasibatlıq siyasətlərnin və qaydalarını yeniləşdirmək, tətbirlər planını hazırlayıb Maliyyə Direktoruna təqdim etmək. Vergi qanunvericiliyində olan dəyişiklikləri izləmək, vergi planlarını həyata keçirmək.
 
İş Şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş qrafiki (6-cı gün qısa iş günü)
- Nahar şirkət hesabına

Maraqlanan namizədlər CV-lərini mövzu başlıq yerinə "Vergi uçotu üzrə Mühasib" yazaraq [email protected]  ünvanına göndərə bilərlər.