Mühəndis-Konstruktor

  • Akkord Steel
  • Elanın qoyulma tarixi: 16.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis-Konstruktor

Tələblər

• Ali texniki təhsilli
• 5 il metal konstruksiya sahəsində iş təcrübəsi
• Xarici dil biliyi: İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
• Kompüter bilikləri:
1. Tekla
2. Solidworks
3. Autocad
4. Microsoft Ofice

Vəzifə funksiyaları:

1. Avtomatik vasitələrdən istifadə etməklə məmulatlann eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır.
2. İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir.
3. Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edir.
4. Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
5. İşçi layihələrini yoxlayır və layihələrin, işin ix¬tisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
6. Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tər¬tib edir.
7. Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir. 

Bacarıqlar

1. Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
2. İşgüzar ünsiyyət bacarığı
3. Komandada işləmə bacarığı

CV- nizi mövzu yerinə Mühəndis-Konstruktor yazaraq [email protected] e-mailinə göndərə bilərsiniz.

Akkord Steel tərəfindən digər vakansiyalar