Mühasib

  • Prolink Caspian
  • Elanın qoyulma tarixi: 10.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2005-ci ildə təsis edilmiş “PROLINK CASPIAN” MMC dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq qazma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır:

PROLINK CASPIAN MMC “Mühasib” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi;
• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1C mühasibatlıq proqramı. BTP, EFP, B1, B3 proqramları ilə işləmə bacarığı. Online prosedurları həyata keçirmə bacarığı;
• Kargüzarlıq işlərini bilmək;
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili  -  yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Gündəlik Bank və depozit hesablar  üzrə pul vəsaitlərinin hərəkətinin 1 C proqramına daxil edilməsi;
• 1 C proqramında kassa əməliyyatlarının aparılması; Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların hesabatlarına nəzarət;
• Kreditor borcları – hesab fakturaları 1 C proqramında tanıtmaq və onları nəzarətdə saxlamaq, ödənişini həyata keçirmək;
• Debitor borcları - hesab fakturaları hazırlamaq (o cümlədən, saytdan onlayn VHF ləri göndərmək), hesab fakturaları 1 C proqramında tanıtmaq və onları nəzarətdə saxlamaq;
• Debitor və kreditor müqavilələrinə nəzarət etmək;
• Xarici ödənişləri həyata keçirmək və sənədlərin bankdan geri qayıdıb-qayıtmamasını nəzarətdə saxlamaq. Xarici ödənişlərin  konvertasiyasının 1 C proqramına daxil edilməsi;
• Ayın sonu kadrlar xidmətinin verdiyi işəçıxma tabeli və əmrlərə görə  əmək haqqının hesablanması (Microsoft Excell və 1C proqramında);
• BTP proqramında vergi hesabatlarını hazırlamaq;
• B1 proqramında DSMF-nin rüblük və illik hesabatlarını  hazırlamaq və  saytdan  "onlayn"   göndərmək;
• B3- illik hesabatın hazırlanıb saytdan "onlayn"  göndərilməsi;
• Xəstəlik pulu, hamiləliyə görə ödənişlər, uşaq pulu və s.  ödənişlərin aparılması üçün DSMF yə lazımi sənədlərin və hesabatların hazırlanıb, saytdan "onlayn" göndərilməsi;
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Rəsmi, stabil ödənilən əmək haqqı
• İcbari  sığorta
• İş vaxtı:  8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri
• Korporativ nəqliyyat

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.