Mebel istehsalatı sahəsinin Rəisi

  • Company
  • Elanın qoyulma tarixi: 25.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mebel istehsalatı sahəsinin Rəisi

Tələblər:

• Mebel istehsalatı sahəsində ən azı 3 il iş təcrübəsi
• Rəhbər vəzifəsində ən azı 2 il iş təcrübəsi
• Əməyin, istehsalın təşkilini bilmək
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilmək

Vəzifələr:

• Mebel istehsalatı sahəsinə rəhbərliyi həyata keçirmək
• Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin etmək
• İstehsalın təşkilinin təkmilləşdirilməsi, zay məhsul buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi üzrə iş aparır.
• İstehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması
• İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir.
• İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir.
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-VI günlər
• Əmək haqqı-  1200 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mebel istehsalatı sahəsinin Rəisi” qeyd edərək CV-lərinizi elektron [email protected] ünvanına göndərməyiniz xahiş olunur.