Sətəmm üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni işçilərin ilkin SƏTƏMM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək
  • İş yerində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək;
  • SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
  • Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
  • SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
  • Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.
  • Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək. 

Tələblər:

  • Ali təhsil;
  • Yaş:25-45
  • Azərbaycan və rus dilində səlis danışmaq və yazmaq bacarığı
  • SƏTƏMM üzrə minimum 1 il iş təcrübə;
  • FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir)
  • MS Office programları üzrə biliklər.
  • Komanda ilə işləmək bacarığı; 

İş şəraiti:

  • İş rejimi: Həftə içi 5 gün iş saatı : 09:00-13:00
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.  
  • Ünvan: Babək plaza 6-ci mərtəbə 
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.