Elektronçu (Elektron avadanlığların təmiri üzrə Mütəxəssis) (Göygöl şəhəri)

  • Xan
  • Elanın qoyulma tarixi: 06.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Elektronçu (Elektron avadanlığların təmiri üzrə Mütəxəssis)

Əmək haqqı: razılaşma yolu ilə

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər:  Göygöl şəhəri

TƏLƏB OLUNAN BİLİKLƏR:

• müvafıq sahə üzrə ali ixtisas təhsili;
• müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
• elektron-hesablama maşınlarının istismarı və təmirinə aid rəhbər və normativ sənədlər;
• texniki istismar qaydaları;
• məlumatın mexaniki emal edilməsi texnologiyası;
• məlumat daşıyıcılarının texniki növləri;
• riyazi təminatın və proqramlaşmanın əsasları;
• perspektiv və cari iş planlarının (cədvəllərinin) işlənib hazırlanma metodları və onların yerinə yetirilməsi haqqında hesabatın tərtibi qaydası;
• təmir xidmətinin təşkili;
• elektron hesablama texnikasının istismarı və texniki xidməti üzrə qabaqcıl təcrübə;
• avadanlığın ehtiyat hissələrinin təmirinin aparılması.

İŞİN TƏSVİRİ:

• elektron avadanlığının düzgün texniki istismarını, fasiləsiz yüksək məhsuldar işini təmin edilməsi;
• elektron texnikasına texniki xidmət edilməsi, onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edilməsi;
• maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirilməsi, avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edilməsi;
• avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edilməsi;
• elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak etməsi.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:        [email protected]
Telefon:    022 205 22 34
Faks:           022 205 23 57