Kimyaçı Laborant/Böyük Mütəxəssis (Üzvi, xromatoqrafiya Analizləri)

İşin təsviri

Vəzifə: Kimyaçı Laborant/Böyük Mütəxəssis (Üzvi, xromatoqrafiya Analizləri)

Vəzifə funksiyası:

1. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
2. Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
3. Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
4. Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
5. İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
6. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
7. Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının hazırlanması (yuyulması və s.);
8. Laboratoriyadan kənarda nümunəgötürmə və sahələrdə ölçmə işlərinin aparılması;
9. Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması.

Vəzifə maaşı: İlkin əmək haqqı 500-1000 AZN (işçinin ilkin bacarıqlarından asılı olaraq)+mükafatlar.

Cinsi: Kişi

Yaş həddi: 20-35

Təhsili: Ali təhsilli. İxtisasının kimya, fizika olması arzuolunandır

İş qrafiki: Ay ərzində 20 gün olmaqla 08:30-17:30-dək; 1 saat nahar fasiləsi (Nahar şirkət tərəfindən qarşılanır)

İşin icra ediləcəyi məkan: Bakı, Salyan şossesi. Azecolab Company MMC-nin əsas laboratoriyası

Tələblər:

Çevik, yenilikləri qəbul edən, öyrənmək və müxtəlif layihələrdə iştirak etmək üçün həmişə hazır və həvəsli olan, özünü ən azı növbəti 3 ildə laboratoriya fəaliyyətində görən bir işçi olmalıdır.
Texniki bilikləri (kimya və fizika sahəsində) yüksək səviyyədə olmalıdır.
Laboratoriya təcrübəsi olmalıdır (xüsusilə metalların təyini metodları (Məsələn, GC-MS, GC-FİD cihazlarında işləmək bacarığının olması arzuolunandır).
Texnika və texnologiyaya həvəsi olmalı, avadanlıqlarla işləmək bacarığı (səliqəli söküb-yığmaq) olmalıdır.
İngilis dilində ixtisasına uyğun mətni oxuyub başa düşməyi bacarmalı, öz fikirlərini aydın izah etməyi bacarmalıdır.
Ölkə və Bakı şəhərindən kənarda (dəniz layihələri, digər rayonlar) işləmək imkanı olmalıdır.
Avtomobil idarə etmək bacarığı olmalıdır (arzuolunandır).
Müsahibə üçün işçi Bakıdakı laboratoriyaya dəvət olunacaq.

Vakansiyaya yalnız CV vasitəsilə müraciət etmək lazımdır. CV aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir:

E-mail: [email protected]
Tel: 012 310 02 00/ 012 310 03 00

QEYD: ELANI DIGƏR SAYTLAR ICAZƏSIZ ŞƏKILDƏ GÖSTƏRILƏN MÜDDƏTDƏN ARTIQ ÖZ SƏHIFƏLƏRINDƏ YERLƏŞDIRDIYI HALDA HƏMIN SAYTLARA ELANIN YERLƏŞDIRILDIYI HƏR ƏLAVƏ GÜNƏ GÖRƏ MÜVAFIQ MƏBLƏĞDƏ CƏRIMƏ TƏTBIQ OLUNACAQ.