Mağaza Meneceri

  • Marvel Group LLC
  • Elanın qoyulma tarixi: 06.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vacancy: Mağaza Meneceri

Vəzifələr:

Marvel Group” şirkəti Mağaza Meneceri axtarışındadır. Menecerin vəzifəsi ümumi mağaza fəaliyyətini idarə etmək, mağazanın gündəlik tələbatını yerinə yetirmək və maksimum gəlir təminatına nail olmaqdır. Menecerin öhdəliklərindən biri də müştəri məmnuniyyətinə nail olmaq və onların mağazada təhlükəsiz və rahat hiss etməklərini təmin etməkdən ibarətdir. Ən əsas məsuliyyət isə müştərinin mağazanı tam razı və təbəssümlə tərk etməklərinə nail olmaqdır.

∙ Yüksək müştəri xidmətləri təminatı üçün heyəti idarə etmək.
∙ Gözləntiləri qarşılayacaq satış fəaliyyəti və nəticələri göstərmək;
∙ Həftəlik və aylıq hesabatlar, heyət təlimatlandırılmasını həyata keçirmək;
∙ Brendi təmsil etmək və yüksək səviyyəli peşəkarlıq nümayiş etdirmək;
∙ Komandanı dinləmək, öyrənməyə açıq və istəkli olmaq, fəaliyyəti genişləndirmək üçün bu göstəricilərdən istifadə etmək;

Zəruri tələblər:

∙ Operativ və nəzakətli müştəri xidmətləri təmin etmək bacarığı
∙ Effektiv və dəqiq kassa əməliyyatları aparmaq bacarığı
∙ Anbara nəzarət, malların qəbul edilməsi və müxtəlif hündürlükdə olan rəflərdə yerləşdirilməsi
∙ Mağaza fəaliyyət proseduru və qaydalarını tətbiq etmək bilik və bacarığı
∙ Formaları doldurmaq, faylları yığmaq, hesablama, sadə riyazi əməlləri yerinə yetirmək kimi əsas inzibati vəzifələri həyata keçirmə bacarığı;
∙ Təlimatlara riayət etmək bacarığı, detallara diqqət;
∙ Müstəqil və komanda ilə işləmək bacarığı;
∙ Keyfiyyət və vəzifə tapşırıqlarının yerinə yetirilməsini təmin etmək məqsədilə işçi heyətinə nəzarət bacarığı;
∙ İşçi heyətinin fəaliyyətini və inkişafını artırmaq məqsədilə işçilərarası inam və açıq kommunikasiyanı təmin etmək;
∙ Ümumi vaxt mövcudluğunu təmin etmək məqsədilə prioritet fəaliyyəti müəyyən etmək və yekunlaşdırmaq bacarığı;
∙ Plan və məqsədləri müəyyənləşdirmək və icra etmək bacarığı;
∙ Mağaza kompyuterlərini və müvafiq proqramları istifadə bilik və bacarığı;
∙ Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini ən azı pre-intermediate səviyyədə bilmək;
∙ Müvafiq sahədə ən azı 3 il təcrübə.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı- razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza Menecer” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər