Monitorinq və Hesabatlıq üzrə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 19.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Monitorinq və hesabatlıq üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İşin icrası zamanı Bankın daxili siyasəti və prosedur qaydalarına müvafiq şəkildə riayət etmək;
• GNI sistemində mütəmadi olaraq müvafiq müştərilər üzrə proseslərin vaxtında həyata keçirilməsini qiymətləndirmək;
• Mütəmadi olaraq hesabatlar hazırlayıb Regional menecerlər və Departamentin direktoruna təqdim etmək;
• NPL modulunun təkmilləşdirilməsi və istifadəsinin asanlaşdırılması məqsədilə filialların təklif və rəylərini toplamaq;
• Əməliyyatların Konfiqurasiya Departamenti ilə birgə NPL modulunun təkmilləşdirilməsi prosesində modul üzrə əsaslı təklifləri verən şəxs qismində iştirak etmək;
• İdarə Heyəti və ya Department direktorunun tapşırığı əsasında filialların fəaliyyətini əks etdirən hesabatları hazırlamaq;
• Analitik şöbə ilə birgə kredit portfelinin keyfiyyətini və geriödəniş hesabatının yaxşılaşdırması istiqamətində tədbirlər həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Bankda minimum 1 il iş təcrübəsi olmalı;
• Microsoft Excel və GNI üzrə biliklərə sahib olmalı;
• Yüksək analitik bacarığa malik olmalı;
• Sürətli öyrənmə həvəsi və bacarığı olmalı;
• Stres altında işləyə bilmə bacarığına sahib olmalı;
• Ünsiyyət, əlaqələrin qurulması üzrə yüksək keyfiyyətlətə malik olmalı;
• Kreditləşmə sahəsində biliklər (üstünlük verilir);
• Rus dili bilikləri (üstünlük verilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Monitorinq və Hesabatlıq üzrə Mütəxəssis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.