Problemli Kreditlər Departamentinin Direktoru

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 19.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC-nin Problemli Kreditlər Departamentinə Departament direktoru vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İşin icrası zamanı Bankın daxili siyasəti və prosedur qaydalarına müvafiq şəkildə riayət etmək;
• Borcalanlara dair Kredit portfelinin təhlili, koordinasiyası və sabit kredit ödənişlərinin təmin olunmasına nəzarət işini təşkil etmək;
• Filiallar üzrə kredit portfeli üzrə yığımı təşkil etmək;
• Filialların, kredit mütəxəssislərinin və regional menecerlərin kreditlərin sağlamlaşdırılması istiqamətindəki fəaliyyətini koordinasiya etmək və qiymətləndirmək;
• Borcalanlarla işin optimallaşdırılması baxımından prosesi düzgün təşkilini idarə etmək üçün mövcud olan prosedurları yeniləmək və təkmilləşdirmək;
• Filial portfelinin sağlamlaşdırılmasına dəstək məqsədi ilə mütəmadi olaraq Filiallara və müvafiq ticarət obyektlərinə vizitləri həyata keçirmək və yığım prosedurunun effektivliyini qiymətləndirmək;
• Kredit mütəxəssislərinin iş effektivliyini və peşəkarlığını artırmaq məqsədilə Filial müdirləri ilə əməkdaşlıq etmək;
• Kreditlərin restrukrizasiyası məqsədi ilə bölgələrdə görüşlər təşkil etmək;
• Məhkəmə orqanlarına təqdim edilən problemli kredit işlərinin nəzərdən keçirmək;
• Filial müdiri və kredit mütəxəssisləri üçün seminar və görüşləri təşkil etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadiyyat, idarəetmə, bank sistemi sahələri üzrə)
• Kredit sahəsində minimum 5 il iş təcrübəsinə malik olmalı;
• İdarəetmə sahəsində minimum 2 il iş təcrübəsinə sahib olmalı;
• Yüksək ünsiyyət bacarıqları və komandada işləmə bacarığına malik olmalı;
• Yüksək idarəetmə və liderlik biliklərinə sahib olmalı;
• Yüksək motivasiyalı və məsuliyyətli olmalı;
• Dinamik və sürətli işləmə keyfiyyətlərinə malik olmalı;
• Stres altında işləyə bilmə bacarığına sahib olmalı;
• Yüksək təhlil etmə bacarıqlarına sahib olmalı;
• Yüksək məsuliyyətli işin öhdəsindən gələrək, işində yüksək şəffaflıq və doğruluq nümayiş etdirməli;
• Hüquq üzrə biliklər (üstünlük verilir);
• Rus dili bilikləri (üstünlük verilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Kreditlər Departamentinin Direktoru” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.