Problemi Kreditlər Departamentinə Yığım üzrə Regional Menecer

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 19.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Problemi Kreditlər Departamentinə Yığım üzrə Regional Menecer vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Filialın kredit portfeli üzrə yığım prosesini həyata keçirmək üçün filial müdirləri ilə birbaşa iş aparmaq;
• Yığım prosesinin optimallaşdırılması işinin təşkilində dəstək göstərmək;
• Filialda fəaliyyət göstərən kredit mütəxəssisləri üçün yığım üzrə daxili təlimlərin keçirilməsini təmin etmək;
• Müvafiq filialdakı kredit mütəxəssislərinin fəaliyyətini koordinasiya etmək;
• Mütəmadi olaraq filiallara və müvafiq ticarət obyektlərinə vizitlər həyata keçirməklə problemli borcalanlarla ödənişin həyata keçirilməsi üzrə müzakirələr aparmaq;
• Kredit mütəxəssislərinin iş effektivliyini və peşəkarlığını artırmaq zəmnində filial müdirləri ilə əməkdaşlıq etmək;
• Məhkəmə orqanlarına təqdim edilən problemli kredit işlərini nəzərdən keçirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadiyyat, idarəetmə, bank sistemi sahələri üzrə);
• Kredit sahəsində minimum 3 il iş təcrübəsinə malik olmalı;
• Yüksək kommunikasiya və komandada işləmə bacarığına sahib olmalı;
• Dinamik və sürətli işləmə keyfiyyətlərinə malik olmalı;
• Stres altında işləyə bilmə bacarığına sahib olmalı;
• Yüksək ünsiyyət və əlaqə qurma bacarığına malik olmalı;
• Hüquq üzrə biliklər (üstünlük verilir);
• Rus dili bilikləri (üstünlük verilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Regional Menecer” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.