Satiş Meneceri
AQROİNTER şirkəti Azərbaycan bazarında 20 ildir ki, tikintidə, kommunal və kənd təsərrüfatında, neft-qaz sənayesində, eləcə də xalq təsərrüfatının digər sahələrində istifadə edilən maşın və mexanizmlərin ən yaxşı dünya istehsalçılarının aparıcı idxalçısı kimi tanınır.
İş barədə məlumat
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Müqavilələrin hazırlanması və bağlanması
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- İş ilə əlaqədar maliyyə sənədləşməsinin aparılması
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır
- Əmək haqqı: 450 AZN + bonus
- Bazar ertəsi – Cümə: 9:00 - 18:00
- Şənbə : 10.00 – 16.00
- İş yeri Bakı- Sumqayıt şossesinin 29-cu km. (Sumqayıt maşın bazarına çatmamış)
Namizədə tələblər
- Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi
- Azərbaycan, Rus və İngilis dili (upper-intermediate) biliyi
- Satışın qaydaları, əsasları və strukturu
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Təmsil etmə qabiliyyəti, Satışın psixologiyası və əsasları, İnsan psixologiyası üzrə biliklər
- Aktiv və çalışqan
- Təzyiq altında işləmək bacarığı
- Yalnız kişi namizədlər nəzərdən keçirilir
Maraqlananlardan xahiş olunur mövzu yerində “Satiş Meneceri” yazıb göstərilən mail ünvanına şəkillə birlikdə CV-lərini yollasınlar: [email protected]