Xarici nəzarət idarəsinin böyük analitiki / idarə Rəisi

İşin təsviri

Maliyyə Bazarlarına Nəzarət Palatası

Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin böyük analitiki / idarə Rəisi

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat və maliyyə üzrə);
-  Maliyyə sektorunda 3-5 il iş təcrübəsi;
- Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparma, təhlil etmə bacarığı;
- Bank qanunvericiliyi üzrə biliklər;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Bank sisteminin dövrü analizini həyata keçirir;
- Nəzarətində olan bankların fəaliyyətini, maliyyə vəziyyətini təhlil edir və risklərə nəzarət edir;
- Bank nümayəndələri ilə mütəmadi əlaqə saxlayır və görüşlər təşkil edir;
- Banklardan prudensial və digər tipli hesabatlar və məlumatların əldə edilməsini təmin edir;
- Lisenziya almaq üçün müraciət etmiş bankların biznes planlarında rəy hazırlayır və tələb olunan sənədlər toplusunun araşdırılmasında iştirak edir.

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E - mail :  [email protected]
www.fimsa.az