Baş Mühasib

İşin təsviri

Şirkət haqqında : 

Azretail MMC - Araz Marketlər Şəbəkəsi 2011-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda 40 filialı ilə ölkənin ən böyük market şəbəkəsidir. Məqsədimiz Siz harada- Araz orada sloganını həyata keçirərək Azərbaycanın bütün bölgələrini hədəfləyən supermarkətlər şəbəkəsini yaradılmasına nail olmaq.

Baş ofis:

AGA Business Center
Xocalı pr.55, 2-ci mərtəbə
Bakı, Azərbaycan AZ1025

Telefon: (+994 12) 404 12 36
Web adress: www.arazmarket.az

Vəzifə - Baş Mühasib

İşəgötürən  - Azretail MMC  ( Araz Marketlər Şəbəkəsi)

Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək

Əsas vəzifə və öhdəliklər

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
• Kapital və  investisiya  qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
•  Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
• Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etməlidir.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
• Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.
• Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

Namizədə tələblər

• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• 30-45 yaş həddi ,
• Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Komputer bilikləri - MS office, Logo Unity, ERP
• ACCA , CIMA  CFA üzrə sertifikatlar
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları,  daxili əmək intizamı qaydaları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

Xahiş edirik, maraq göstərən şəxslər  öz CV-lərini "mövzu" yerinə “Baş Mühasib" sözünü qeyd etməklə [email protected]  elektron poçtuna göndərsinlər.