Tədarükçülər üzrə Mühasib

İşin təsviri

Şirkət haqqında : 

Azretail MMC - Araz Marketlər Şəbəkəsi 2011-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda 40 filialı ilə ölkənin ən böyük market şəbəkəsidir. Məqsədimiz Siz harada- Araz orada sloganını həyata keçirərək Azərbaycanın bütün bölgələrini hədəfləyən supermarkətlər şəbəkəsini yaradılmasına nail olmaq.

Baş ofis:

AGA Business Center
Xocalı pr.55, 2-ci mərtəbə
Bakı, Azərbaycan AZ1025

Telefon: (+994 12) 404 12 36
Web adress: www.arazmarket.az

Vəzifə - Tədarükçülər üzrə Mühasib

İşəgötürən  - Azretail MMC (Araz Marketlər Şəbəkəsi)

Əmək haqqı – Namizədə uyğun razılaşdırılacaqdır.

Əsas vəzifə və Öhdəliklər

• Ödəniş tapşırıqlarının,hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması
• Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlanması.
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi.
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi
• Bank-Kassa əməliyyatların, debit-kreditorlarla borc qalıqları və üzləşmə aktlarının aparılması
• Elektron portalı ilə işləmə bacarığı

Namizədə tələblər

• Ali təhsil ( Mühasibat uçotu və Maliyyə sahəsi üzrə)
• Anbar uçotu,Vergi uçotu və İFRS ilə bağlı biliklər
• 23  – 30  yaş həddi
• Minimum aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi
• Kompyuter programları : MS Office bilikləri , Xüsusilə yaxşı excel biliyi
• Beynəlxalq Maliyyə sertifikatlarının (F1, F2, F3 , F5 və s) olması arzu olunandır.
• ERP sistemləri ilə işləmə bacarığı

Xahiş edirik, maraq göstərən şəxslər  öz CV-lərini "mövzu" yerinə “Tədarükçülər üzrə Mühasib" sözünü qeyd etməklə [email protected]  elektron poçtuna göndərsinlər.