Hüquqşünas-müqavilələr üzrə Mütəxəssis

  • Embawood
  • Elanın qoyulma tarixi: 20.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu.

Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı: Hüquqşünas-müqavilələr üzrə Mütəxəssis

Iş qrafiki:

5 günlük / saat 09:00 – 18:00

Işin təsviri:

 - Struktur bölmələrdən daxil olan müraciətlərə əsasən bütün növ müqavilələri,əlavə razılaşmaları, razılaşdırma protokollarını və müqavilə ilə bağlı olan digər sənədləri hazırlamaq, onların tabe olduğu departament rəhbəri ilə razılaşdırılmasını təmin etmək
- Şirkətin struktur bölmələrindən daxil olan müqavilələrin hüquqi analizini aparmaq, müqavilənin hüquqi ekspertizası (analizi) zamanı şirkətin mənafeyinə mənfi təsir göstərə biləcək hüquqi riskləri aşkar etmək, onların aradan qaldırılması istiqamətində lazımi tədbirlər görmək;
- Bağlanılmış müqavilələrin uçotunu aparmaq, müqavilələrin icrasının qeydiyyatını aparmaq və saxlanılmasını təmin etmək;
- Tələb olunduqda müqavilə şərtlərini kontragentlərlə razılaşdırmaq üçün onlarla danışıqlar aparmaq,kontragent tərəfindən qəbul edilməyən şərtlərlə bağlı xidməti arayışlar tərtib etmək;
- Kontragentin identifikasiyası və verifikasiyası üçün lazım olan sənədlərin və məlumatların əldə edilməsini təmin etmək;
- Müqavilələrin icrasına nəzarət zamanı aşkar olunmuş nöqsanları təhlil etmək, onların aradan qaldırılması və iddia müddətlərinin buraxılmaması üçün lazımi tədbirlər görmək;
- Müqavilələrin icrasına nəzarəti təşkil etmək və müqavilə işinin aparılması təcrübəsini ümumiləşdirmək, müqavilə işinin təkmilləşdirilməsi ilə bağlı lazımı təkliflər vermək;

Tələblər:

- Hüquq və ya Beynəlxalq hüquq istiqamətində ali təhsil;
- 2 il iş təcrübəsi
- Azərbaycan dilinin qrammatik normalarına bələd,orfoqrafiya-yazı   qaydalarına riayət etməli;
- Azərbaycan,Rus,İngilis dillərini bilməli;
- Kompyuter proqramları: Excell,Word,Power Point,Outlook
- Analitik düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Çalışqan,məsuliyyətli və detallara qarşı diqqətcil olmalı;

Yaş həddi: 23-30 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”Hüquqşünas-müqavilələr üzrə Mütəxəssis“ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

İşəgötürənin reytinqi