Mexanik (hidravlik)

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 08.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mexanik (hidravlik)

ƏMƏK FUNKSİYASI

 Ağır texnikaların hidravlik sistemlərinin sazlıq vəziyyətinin yoxlanılması;
 Hidravlik sistemin yağ filtirlərin dəyişdirilməsi, yağ sızmasının yoxlanılması, səviyyə aşağı düşdükdə yağ əlavə etməsi;
 Hidravlik sistemlərdə yaranan problemləri (hidravlik boru partlaması, akış bölüşdürücü) təmir edərək aradan qaldırılması;
 Rulon açma, rulon çevirmə dəzgahlarında yaranan hidravlik və mexaniki problemlərin təmir etməsi;
 Dəmir qolların hidravlikinin tənzimləməsi, valın salniklərinin dəyişdirilməsi;
 Hidravlika ilə işləyən silindrlərin, pistonların vaxtaşırı yoxlanılması;
 İllik texniki təmir planına uyğun olaraq dəzgah və avadanlıqlarda təmir, texniki baxış, sazlama işlərinin həyata keçirilməsi;
 Gördüyü işlər və istifadə olunan materiallar haqqında hesabatın verilməsi.

BİLMƏLİDİR

 Əl alətləri və avadanlıqlardan istifadə qaydalarını;
 Hidravlik sistemlərinin işləyiş mexanizmini;
 Yaranacaq problemlərin təmir edilməsini;
 Əməyin mühafizəsi, Sanitar və Ətraf mühitin  mühafizəsi qaydalarını bilməli.

İXTİSAS TƏLƏBLƏRİ

 Təhsili–Orta ixtisas;
 İş təcrübəsi-müvafiq sahədə 2 ildən az olmayaraq.

Namizədlər öz CV– lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (Mexanik (hidravlik)) qeyd olunmalıdır.